Dünya futbolu

Braziliya Yaponiyaya uduzdu

Braziliya və Yaponiya yığmaları arasında yoldaşlıq oyunu keçirilib.

Aut.az xəbər verir ki, Asiya komandası 3-2 hesabı ilə qalib gəlib. Qalib komandanın qollarını Takumi Minamino, Keito Nakamura və Ayase Ueda vurub. Braziliya yığmasının qollarını Paulo Henrike və Qabriel Martinelli vurub.

Oktyabrın 10-da Braziliya yoldaşlıq görüşündə Cənubi Koreyanı 5:0 hesabı ilə məğlub edib. Həmin gün Yaponiya Paraqvayla 2:2 hesablı heç-heçə edib.

Aut.az