Dünya futbolu

Neymar Avropaya qayıdır?

“Santos” klubunun hücumçusu Neymar yanvarda Avropaya qayıtmağa yaxındır.

Aut.az xəbər verir ki, bu barədə “SportMediaset” məlumat yayıb.

Mənbənin sözlərinə görə, 33 yaşlı futbolçunun ətrafı keçidin qış transfer pəncərəsində reallaşması üçün çalışır. Hazırda Neymarın agentləri “İnter” və “Napoli” nümayəndələri ilə sıx təmasdadırlar və bu klublar əsas namizədlər hesab olunur.

Neymar 2025-ci ilin əvvəlindən “Santos”da çıxış edir. O, doğma klubunun heyətində 21 oyuna çıxıb, 6 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun Braziliya komandası ilə mövcud müqaviləsi dekabrın sonunda başa çatır, futbolçunun bazar dəyəri isə “Transfermarkt”ın versiyasına görə 11 milyon avrodur.

Bu addım Neymar üçün 2026-cı il dünya çempionatı ərəfəsində formasını bərpa etmək baxımından yeni mərhələ ola bilər, italyan klubları üçünsə ulduz futbolçunu sərfəli qiymətə transfer etmək imkanı yaradır.

Aut.az