İtaliya

“Milan” ulduzunu satmağa razıdır: Pul qazanmaq üçün

Rafael Leaonun “Milan”dakı karyerası gələn yay başa çata bilər.

Aut.az xəbər verir ki, klub onu satmağa hazırlaşır. Bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb .

Mənbənin sözlərinə görə, 25 yaşlı portuqaliyalı getmək istəsə, “rossonerilər” onun qarşısına almayacaq. Klub öz növbəsində uyğun təklifi dəyərləndirəcək.

Müqaviləsi 2028-ci ilin yayına qədər olan futbolçu üçün “Milan”ın maliyyə tələbləri maneəyə çevrilə bilər. Çünki futbolçu ilə sözləşmədə 175 milyon avroluq satın alma maddəsinin nəzərdə tutulduğu bildirilir. “Transfermarkt” isə portuqaliyalı vingeri 75 milyon dəyərində qiymətləndirir.

Aut.az