İtaliya

İnanın, məndən asılı olsaydı, məni görməzdiniz – İbrahimoviç

İsveç millisinin sabiq hücumçusu Zlatan İbrahimoviç “Milan”ın sahiblərinin məsləhətçisi kimi fəaliyyətinin prioritetlərindən danışıb.

Aut.az xəbər verir ki, İbrahimoviç bu barədə GQ jurnalına müsahibəsində danışıb.

“Bilirsiniz necədir, mənim rolum əhəmiyyətsizdir. Əsas “Milan”dır. Milan”ın uğur qazanmasını istəyirik. Burada etdiyimiz hər şeyi “Milan” üçün edirik. Burada heç bir eqo yoxdur, ən azından mənim tərəfimdən. Mən deyirəm ki, bu, bir nəfərlik tamaşa deyil.

Mən kölgədə qalmağa üstünlük verirəm, heç nəyə görə mənə kredit verilməsini belə istəmirəm. İnanın ki, uşaqlara dedim: heç fotolarda və ya videolarda görünmək istəmirəm. İnanın, məndən asılı olsaydı, məni görməzdiniz. Mən sadəcə işləyərdim”, – İbra bildirib.

Zlatan İbrahimoviç futbolçu karyerasını 2023-cü ilin yayında başa vurub.

Aut.az