Nə qədər məvacib istədiyini rəhbərliyə çatdırdı: Cavab gözləyir
“Real Madrid”in cinah oyunçusu Vinisius Junior agentləri vasitəsilə yeni müqaviləyə əsasən qazanmaq istədiyi məbləği klub rəhbərliyinə çatdırıb.
Aut.az xəbər verir ki, bu barədə AS məlumat yayıb. 24 yaşlı vingerin hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
Mənbənin məlumatına görə, braziliyalı futbolçu hazırda “kral klubu”nun rəhbərliyindən cavab gözləyir. “Real” ilkin olaraq qışda müqaviləni uzatmağı müzakirə etməyi planlaşdırmırdı, lakin Səudiyyə Ərəbistanından futbolçuya artan maraq səbəbindən bunu etməyə məcbur olub.
Rəhbərliyin komandanın əsas ulduzları – Vinisius, Kilian Mbappe və Cud Bellinqemin maaşları arasında balans saxlamaq istədiyi vurğulanır. Vinisius və Mbappe hazırda mövsümdə təxminən 15 milyon avro qazanırlar.
Aut.az
