“Real”ın ulduzlarının arasını qəsdən vururlar?
“Real”ın yarımmüdafiəçisi Cud Bellinqem hücumçular Kilian Mbappe, Rodriqo və Vinisius Juniorla münasibətlərinin çətin olması ilə bağlı şayiələrə münasibət bildirib.
Aut.az xəbər verir ki, ingilis futbolçu iddiaları təkzib edib:
“Sosial şəbəkələrdə gördüm ki, kimsə Mbappe, Rodriqo, Vinisius ilə mənim aramda problem yaratmağa çalışır. Yeganə həqiqət odur ki, biz meydanda və meydandan kənarda çox yaxşı dostuq”.
