“Barselona”nın onlarla bağlı planı açıqlandı
“Barselona” hücumçulaır Lamine Yamal və Rafinya, həmçinin müdafiəçi Jül Kunde ilə müqaviləni uzatmağı planlaşdırır.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Kataloniya klubu Yamalla müqaviləni 2030-cu ilə qədər uzatmaq istəyir. Hazırkı müqavilə 2026-cı ilin yayına qədər qüvvədədir.
“Barsa” Rafinhanın müqaviləsini daha iki-üç il müddətinə yeniləməyi planlaşdırır. Lakin Kunde ilə müqaviləni uzatmaq prioritet hesab edilmir. Çünki onun sözləşməsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Müqaviləsi 2026-cı ilin yayında başa çatan yarımmüdafiəçi Frenkie de Yonqla vəziyyət fərqlidir. Klub rəhbərliyi futbolçunu saxlamaq istəyir. Lakin o, cari mövsümün qalan matçlarında vacibliyini nümayiş etdirməlidir.
Aut.az
