Bellinqem Messinin nailiyyətini təkrarladı
Yanvarın 22-də Çempionlar Liqasının 7-ci turu çərçivəsində “Santyaqo Bernabeu”da “Real Madrid” “RB Zalsburq”la qarşılaşıb.
Görüş “kral klubu”nun xeyrinə başa çatıb – 5:1. Cud Bellinqem Avstriya klubu ilə matçda iki məhsuldar ötürmə veib.
O, Çempionlar Liqasında 22 yaşa qədər futbolçular arasında təsirli hərəkətlərin sayına görə futbol əfsanəsi Lionel Messi ilə bərabərləşib (Bellinqem: 11 Q + 13 A; Messi: 17 Q + 7 A). Bu göstəricidə yalnız Erlinq Haaland (26) və Kilian Mbappe (37) daha yüksəkdir.
Cari Çempionlar Liqasında Cud 7 oyun keçirib, bir qol vurub və 3 məhsuldar ötürmə verib.
Aut.az
