Ronaldonun planı: Prezident olur, Ançelottini gətirir
“Real Madrid”in və “Milan”ın sabiq hücumçusu Ronaldo italiyalı mütəxəssis Karlo Ançelottinin Braziliya millisinin baş məşqçisi olmasının tərəfdarıdır.
Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Mənbənin məlumatına görə, Ronaldo 2026-cı ilin martında Braziliya Futbol Federasiyasının (CBF) prezidenti postuna namizəd olmaq niyyətindədir. Keçmiş hücumçu seçiləcəyi təqdirdə əla münasibətdə olduğu Ançelottini milliyə gətirə biləcəyinə ümid edir.
Hazırda tərəflər arasında heç bir əlaqə olmayıb. Ronaldonun məqsədinin Ançelottinin “Real Madrid”dəki işini atıb Braziliya millisini gəlməsi deyil. 65 yaşlı mütəxəssisin “kral klubu”ndan qovulacağı və ya müqaviləsi başa çatacağı təqdirdə Braziliya millisinə dəvət ediləcəyi gözlənilir. Ançelottinin əmək müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir.
Aut.az
