İspaniya

Peşmançılıq çıxılmaz vəziyyətdir – Arbeloa nəyə eyham vurur?

“Real Madrid”in baş məşqçisi Alvaro Arbeloa komandanın uğursuz oyunları ilə  bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Arbeloa “Albasete” və “Benfika” ilə oyunlardan nə öyrəndiniz? Hər hansı bir qərarınızdan peşmansınızmı?” sualına belə cavab verib:

“Xeyr. Peşmançılıq çıxılmaz bir yoldur. İşlər pis gedəndə öyrənməyə çalışıram. Bu, mənim yolumdur. Harada inkişaf edə biləcəyimi anlamaq vacibdir. Oyunçulara dediyim kimi: bəzən səhv etməyim qaçılmazdır”.

“Real” çərşənbə günü səfərdə Benfikaya 2:4 hesabı ilə məğlub olub. Bu nəticəyə görə birbaşa Çempionlar Liqasının 1/8 finalına vəsiqə qazana bilməyib. “Real”l “Benfika” pley-off mərhələsində yenidən qarşılaşacaqlar.

Aut.az