İspaniya

Simeone ən yaxşı seçildi

İspaniya La Liqasında dekabr ayının ən yaxşı məşqçisi müəyyənləşib.

Aut.az xəbər verir ki, bu, “Atletiko”nun baş məşqçisi Dieqo Simeonedir.

Dekabrda Simeonenin rəhbərliyi altında Madrid klubu 4 matçda qalib gəlib. “Atletiko” “Valyadolid” (5:0) “Sevilya” (4:3), “Xetafe” (1:0) və “Barselona”nı (2:1) məğlub edib.

Dieqo Simeone üçün bu, cari mövsümdə ilk mükafatdır. Argentinalı səsvermədə Dieqo Martinez və Ernesto Valverdeni geridə qoyub.

Aut.az