Keynin hədəfi bəllidir: Onun rekordunu qırmaq
“Bavariya”nın hücumçusu və Bundesliqanın bombardiri Harri Keyn Robert Levandovskinin Almaniya çempionatının bir mövsümündə vurulan qollar üzrə rekordunu qırmağı hədəfləyib.
Aut.az xəbər verir ki, Levandovskinin rekordunu (41 qol) qırmaq üçün Keynin qalan 10 turda daha 12 qol vurması lazımdır.
“Rekordlara baxıb “Mən bunu qırmaq istəyirəm” demirəm. Bunu mərhələlərə bölürəm. Məsələn, beynəlxalq fasiləyə qədər beş oyun qalıb. Və özümdən soruşuram: “Beş qol vura bilərəmmi?'”
Daha beş qol! Bu beş matçda hər oyuna orta hesabla bir qol vurmağı hədəfləyirəm. Beş qol yaxşı hədəfdir, amma ən vacibi beş qələbə qazanmaqdır!
Robertin rekordunu qırmaq asan olmayacaq, amma şanslar 50/50-dir”, – Keyn “Bild”ə verdiyi açıqlamada deyib.
Aut.az
