Avropa Çempionatı

Alman polisi polyak azarkeşləri belə əzişdirir – VİDEO

Cümə günü, iyunun 22-də Berlində fan zonanın girişində polşalı azarkeşlərlə polis arasında toqquşma baş verib, nəticədə bir neçə azarkeş həbs edilib.

Aut.az xəbər verir ki, bu barədə Berlin polisinin mətbuat xidməti sosial şəbəkələrdə məlumat yayıb.

“Brandenburq qapısındakı fan zonasına gedən keçid məntəqəsində əsasən polşalı azarkeşlərlə stüardlar arasında münaqişə baş verdi. Təcili yardım xidmətlərimiz xəbərdar edildi və azarkeşlər tərəfindən hücuma məruz qaldı, butulka və daşlarla atəşə tutuldu.

Həmkarlarımız fiziki güc, bibər qazı və universal dəyənək tətbiq edib, daha sonra bir neçə nəfəri həbs edib.

Təcili yardım xidmətləri və azarkeşlər xəsarət alıb və onlara tibbi yardım göstərilir. Hazırda həbs edilənlərin şəxsi məlumatları yerində qeydə alınır, ona görə də keçid məntəqəsi hələlik bağlı qalacaq”, – deyə məlumatda bildirilir.

Aut.az