Gürcüstan Avropa çempionatının pley-offunda
Gürcüstan və Rumıniyada təşkil olunan gənclər arasında Avropa çempionatında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Aut.az xəbər verir ki, Gürcüstan yığması son turda Niderlandla qarşılaşıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb.
Gürcüstan 5 xal toplayaraq qrup lideri kimi pley-offa vəsiqə qazanıb. Belçikaya qalib gələn (2:1) Portuqaliya yığması isə ikinci yerin sahibi kimi pley-offa adlayıb.
