Dünya futbolu

Qovuldu

Fransanın “Strasburq” komandası baş məşqçi Frederik Antonettini vəzifəsindən uzaqlaşdırıb.

Aut.az xəbər verir ki, fevral ayında bu posta təyin edilən 61 yaşlı mütəxəssislə yollar ayrılıb. “Strasburq” Liqa-1-də 2022-2023 mövsümünü 15-ci pillədə başa vurmuşdu.

Daha əvvəl “Çelsi”nin idarəçilərini “Clearlake Capital” şirkəti “Strasburq”un səhmlərini almşdı. Məlumata görə, yeni baş məşqçini məhz onlar təyin edəcək.