Qurban Qurbanov Çerçesovla görüşdü – FOTO
“Qarabağ” Avstriya toplanışı çərçivəsində Macarıstanın “Ferentsvaroş” klubu ilə qarşılaşıb. Oyun 3:3 hesablı heç-heçə ilə yekunlaşıb.
Aut.az xəbər verir ki, matçdan öncə komandaların baş məşqçiləri Qurban Qurbanovla Stanislav Çerçesov görüşərək söhbət ediblər. Macarıstan təmsilçisi bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

