Avropa Çempionatı

AÇ-2024: İspaniya 1/4 finalda

AVRO-2024-də 1/8 final mərhələsinin növbəti oyunu baş tutub.

Aut.az xəbər verir ki, İspaniya yığması Gürcüstanla qarşılaşıb.

Bu matçda ispanlar rəqibinə 4:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, İspaniya 1/4 finalda Almaniya ilə üz-üzə gələcək. Həmin görüş iyulun 5-də keçiriləcək və Bakı vaxtı ilə 20:00-da start götürəcək.

İspaniya – Gürcüstan 4:1
Qollar:
 Rodri 39, Fabian Ruiz 51, Vilyams 75, Olmo 83 – Le Normand 18(avtoqol)