Avropa Çempionatı

Avro-2024: Püşaktma bu tarixdə olacaq

2024-cü il Avropa Çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı məlum olub.

Aut.az xəbər verir ki, tədbir dekabrın 2-si Bakı vaxtı ilə saat 21:00-da Almaniyanın Hamburq şəhərində keçiriləcək.

Final mərhələsinin 24 iştirakçısından 21-i artıq məlumdur, daha üçü isə 2024-cü ilin martında keçiriləcək pley-off mərhələsində müəyyənləşəcək. Yığmaların yer alacağı səbətlər də bəllidir.

Azərbaycanlı azarkeşlərin yaxından izlədiyi Türkiyə millisi 2-ci səbətdə yer alacaq.

Səbət 1: Almaniya, Portuqaliya, Fransa, İspaniya, Belçika, İngiltərə

Səbət 2: Macarıstan, Türkiyə, Rumıniya, Danimarka, Albaniya, Avstriya

Səbət 3: Hollandiya, Şotlandiya, Xorvatiya, Sloveniya, Slovakiya, Çexiya

Səbət 4: İtaliya, Serbiya, İsveçrə, pley-offun 3 qalibi (A, B və C yolu)

Pley-off cütləri

A yolu: Polşa/Estoniya – Uels/Finlandiya

B yolu: İsrail/İslandiya – Bosniya və Herseqovina/Ukrayna

C yolu: Gürcüstan/Lüksemburq – Yunanıstan/Qazaxıstan