Avropa Çempionatı

ŞOK İDDİA: UEFA prezidenti həmyerlilərinə görə tanınmış hakimin “torbasını tikib”?

İtaliyalı futbol hakim Daniele Orsatonun komandası vətənə qayıdıb.

Aut.az xəbər verir ki,  bu bardəə “Corriere dello Sport” məlumat yayıb.

Məhz bu hakim Almaniyada keçirilən Avropa çempionatının final oyununu idarə etməyə əsas namizəd hesab olunurdu. İndi əsas iddiaçılar polşalı Şimon Marçiniak və fransız Klément Turpindir. Ölkəsinin komandası yarımfinalda uduzarsa, sonuncu təyin oluna bilər.

Orsatonun getməsi xəbəri isə əsl sensasiyadır. Axı bir neçə aydır ki, onun karyerasını başa vurması və UEFA hakimlər komitəsinin sədri Roberto Rosetti ilə yaxşı münasibətinin olması nəzərə alınaraq, Avro-2024-ün final oyunu əvvəlcədən ona verilib.

Marçiniak isə Çempionlar Liqasının yarımfinal mərhələsinin “Real” – “Bavariya” matçında (2:1) komandasının qalmaqallı qərarından sonra, ümumiyyətlə, qitə birinciliyində iştirak etməyini risk altına salıb.

İtaliyada Orsato ilə bağlı vəziyyətə Vanya Drkusiçin Dioqo Jota ilə duelindən sonra Portuqaliya – Sloveniya matçında italiyalının təyin etdiyi penalti UEFA-nın sloveniyalı prezidenti Aleksander Çeferinin xoşuna gəlməyib. Buna onun finala təyinat almaması ilə nəticələnib.

Xatırladaq ki, bu yaxınlarda UEFA rəhbəri Almaniyanı gözləniləndən tez tərk edən Denni Makkeli ilə bağlı qalmaqalda da hallanmışdı.

Qrup turniri çərçivəsində niderlandlı referi iki matçı idarə edib: Almaniya – Macarıstan (2:0) və Xorvatiya – İtaliya (1:1). O, təbii ki, B qrupunda keçirilən matçın ikinci yarısının əsas vaxtına səkkiz dəqiqə əlavə etməsi ilə yadda qalıb. Sonda italiyalı Mattia Zakkani hesabı bərabərləşdirib. “Voetbal İnternational” yazıb ki, oyundan sonra xorvatlar bununla bağlı şiddətlə etiraz ediblər: “Xorvatiya Futbol İttifaqı rəsmən şikayət edib. Onunla UEFA prezidenti Çeferin arasındakı münasibət, görünür, hakimlər komitəsinin qərarına təsir edib”. Nəticədə Makkeli evə göndərilib.

Aut.az