Aktürkoğlu Moskva klubundan təklif aldı, bu cavabı verdi
“Qalatasaray”ın və Türkiyə millisinin hücumameyilli yarımmüdafiəçisi Kərəm Aktürkoğlu “Spartak”a keçməkdən imtina edib.
Aut.az xəbər verir ki, Avropada oynamaq istəyən 25 yaşlı cinah müdafiəçisi Rusiya klubundan gələn təklifi rədd edib.
Aktürkoğlunun təmsilçisi Avropanın bir çox klubları, xüsusən də “Real Sosyedad”la danışıqlar aparır.
Türkiyə klubu daha əvvəl “Real Sosyedad”ın 13 milyon avroluq təklifini rədd edib və 15 milyon avro tələb edib.
Aktürkoğlunun “Qalatasaray”la müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Aut.az
