Noyer bunu bacaran 3-cü futbolçu oldu
Avro-2024-ün 1/4 final mərhələsi çərçivəsində keçirilən İspaniya – Almaniya oyunu bundestimin qapıçısı Manuel noyer üçün əlamətdar olub.
Aut.az xəbər verir ki, 38 yaşlı qolkiper üçün bu, Avropa çempionatları tarixində 20-ci oyun olub. Noyer Portuqaliya millisinin üavləri Kriştiano Ronaldo (29) və Pepedən (22) sonra 20 oyun səddinə çatan üçüncü oyunçu olub.
O, Almaniya millisinin tarixində AÇ-də ən çox oyun keçirən futbolçudur. Onun ən yaxın izləyicisi Toni Kroos 19 görüş keçirib.
Aut.az
