Avropa Çempionatı

AÇ-2024-ün mükafat fondu açıqlandı

Türkiyə millisi Avro-2024-ün əsas mərhələsinə vəsiqə qazanmaqla gəlir əldə edib.

Aut.az xəbər verir ki, Türkiyə yığmasının 9 milyon 250 min avroluq pu mükafatı qazanacağı dəqiqləşib.

Almaniyada keçiriləcək Avro-2024-ün əsas mərhələsinə vəsiqə əldə edən 24 komandaya ümumilikdə 371 milyon avro məbləğində ödəniş ediləcək. Hər bir iştirakçı komanda 9,25 milyon avro alacaq.

Final mərhələsində hər qələbə üçün 1,5 milyon avro, heç-heçə üçün isə 750 min avro veriləcək. Qrupdan çıxan komandalar 2 milyon avro, 1/4 finala yüksələnlər 3,25 milyon avro, yarımfinala çıxanlar isə 5 milyon avro mükafat əldə edəcəklər.

Avro-2024-ün 2-cisi 7 milyon avro, çempionu isə 10 milyon avro qazanacaq. Çempion komanda ümumilikdə 30 milyon avroya yaxın mükafat alacaq

Yarışın mükafat fondu son 10 illə müqayisədə 135 milyon avro artıb.