Türkiyənin Niderlandla oyunun onlara tapşırıldı
UEFA Avro-2024-ün 1/4 final mərhələsi çərçivəsində keçiriləcək Niderland – Türkiyə oyunu üçün hakim təyinatlarını açıqlayıb.
Aut.az xəbər verir ki, qarşılaşmanı fransalı Kleman Turpin idarə edəcək. Ona həmyerliləri Nikolas Danis və Benjamin Paqes köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Feliks Zvayer (Almaniya) yerinə yetirəcək.
Qeyd edək ki, iyulun 6-ı keçiriləcək görüş saat 23:00-da başlayacaq.
Heybət
