Foden millinin düşərgəsini tərk etdi – Nə baş verib?
İngiltərə millisinin hücumçusu Filip Foden müvəqqəti olaraq milli komandanın düşərgəsini tərk edib.
Aut.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində yazıb.
Mənbənin sözlərinə görə, futbolçu təcili ailə işləri ilə əlaqədar Böyük Britaniyaya qayıdıb. Bunu İngiltərə Futbol Assosiasiyası da təsdiqləyib.
Aut.az
