İspaniya

“Real” Mbappeyə bu qədər imza bonusu verəcək

Məlum olduğu kimi PSJ-nin hücumçusu Kilian Mbappe yayda Paris klubundan ayrılaraq “Real” ilə müqavilə imzalayacaq.

Aut.az xəbər verir ki, fransalı futbolçu Madrid klubundan imza bonusuna görə böyük məbləğdə pul qazanacaq. İnsayder Fabritsio Romanonun verdiyi məlumata görə, imza bonusunun məbləği 100 milyon avrodan çox olacaq. Lakin bu vəsait Mbappeyə 5 il ərzində ödəniləcək.

Kilian Mbappe bu mövsümün sonunda PSJ-dən ayrılacağını açıqlayıb. Fransa millisinin üzvünün karyerasını harada davam etdirəcəyi ilə bağlı hələlik rəsmi açıqlama olmasa da, onun artıq “Real” ilə 2029-cu ilə qədər müqavilə imzaladığı iddia edilir.

Qeyd edək ki, 25 yaşlı hücumçu 2018-ci ilin yayında “Monako”dan PSJ-yə keçmişdi. Bu müddət ərzində o, bütün turnirlərdə 306 matçda iştirak edib, 255 qol vurub və 108 məhsuldar ötürmə edib.