Boks

Əminliklə bildirdi: Boks Olimpiya Oyunlarına qayıdır

“USA Boxing”in baş direktoru Mayk MakAti Olimpiya boksunun gələcəyi haqqında danışıb.

Aut.az xəbər verir ki, o, boksun Olimpiya Oyunlarına qayıdacağını bildirib.

“Hazırda boks 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına hələ də daxil edilməyib. Bu, Beynəlxalq Boks Assosiasiyası (ABB) fəaliyyətini dayandırdıqdan sonra Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qərarı ilə bağlıdır. Bununla belə, BOK Oyunlarda boksa nəzarət edəcək beynəlxalq federasiyanın cəlb edilməsinin zəruri olduğunu qəbul etdi.

“USA Boxing”, 42 digər ölkə ilə birlikdə, yaradılmasına kömək etdiyimiz yeni beynəlxalq federasiya olan “World Boxing”ə qoşuldu. “World Boxing”, antidopinq qaydaları, maliyyə şəffaflığı və rinq bütövlüyü kimi BOK tələblərinə əməl etməyə çalışır. Əminik ki, Los-Anceles- 2028-də boksla bağlı qərar 2025-ci ilin əvvəlində BOK tərəfindən veriləcək”, – deyə idman rəsmisi bildirib.

Aut.az