Boks

Usiklə Fyuri arasında baxış döyüşü: Tayson özünü necə apardı? – VİDEO

Çərşənbə günü, oktyabrın 23-də WBC, WBA, WBO və IBO versiyaları üzrə ağır çəkidə dünya çempionu Aleksandr Usik (22-0, 14 KO) və britaniyalı Tayson Fyurinin (34-1-1, 24 KO) revanş döyüşündən əvvəl ilk mətbuat konfransı keçirilib.

Aut.az xəbər verir ki, Usik və Fyuri revanş oyunundan əvvəl ilk baxışda döyüşü də keçiriblər. Fyuri bu dəfə özünü kifayət qədər təmkinli aparıb, heç bir təxribata yol verməyib.

Xatırladaq ki, ilk döyüşdə Aleksandr Usık qalib gəlib. Daha əvvəl Turki Əl-Şeyx bildirmişdi ki, revanş görüşü 21 dekabr 2024-cü ildə baş tutacaq.

Aut.az