“Taysonu öldürəcəm, xoşunuz gəlirmirsə…”
Məşhur bloger Ceyk Pol dünya boksunun əfsanəsi Mayk Taysona qarşı qarşıdakı döyüşdən danışıb.
Aut.az xəbər verir ki, o, olduqca iddialı açıqlama verib:
“Mübarizə peşəkar olur, indi isə müharibədir. Maykın bu döyüş statusu xoşuna gəlirsə, mənim də xoşuma gəlir. Taysonun bu döyüşü rəsmiləşdirməsini istədim, çünki ona bir əfsanə kimi hörmət edirəm. Məni nokaut etsə, öhdəsindən gələ bilərəm. Amma həqiqətən də, indi mənim peşəkar qələbələrin zirvəsindəyəm. Ona görə də çıxıb Taysonu öldürəcəm! Bu sizi əsəbiləşdirirsə, onda futbola baxın”.
Xatırladaq ki, Peşəkar ağır çəkidə döyüş iyulun 20-də Arlinqtonda (ABŞ) keçiriləcək. Ceyk Polun hazırda 27, Mayk Taysonun isə 57 yaşı var.
