Boks

Karyerasını nə vaxt bitirir? – Həyat qısadır…

Britaniyalı boksçu Tayson Fyuri peşəkar boksda nə qədər qalmaq istədiyini açıqlayıb.

Aut.az xəbər verir ki, Fyurinin sözlərini “The Guardian” sitat gətirib.

“Əgər mənə daha 500 milyon dollar versən, heç nə dəyişməyəcək. Mənasızdır, həyatım yaxşılaşmayacaq və ya pisləşməyəcək. Digər tərəfdən, mənim bir prinsipim var – işə görə qonorarda güzəştə getmək. Mən nə qədər dəyərli olduğumu bilirəm.

50 yaşında boks? Mən özümü beş ildən sonra boksda görmürəm, nəinki 20. Mən uzun müddətdir ki, bu idman növündəyəm. Bir gün özünüzə vaxt ayırmağın vaxtı gələcək. Elə bir zaman gələcək ki, qazandığım puldan, qazandığım nailiyyətlərdən həzz alacam. Həyat qısadır. Bu gün biz buradayıq, sabah isə yoxuq”, – Fyuri bildirib.

Bundan əvvəl Fyuri ağır çəkidə mütləq dünya çempionu titulu uğrunda döyüşdə Aleksandr Usikə uduzmuşdu. Onların cavab qarşılaşması 2024-cü ilin payızında baş tuta bilər.

Aut.az