Usikdən “haqsız qələbə qazandı” ittihamına cavab gəldi
Ukraynalı boksçu Aleksandr Usik niderlandlı Riko Verhovenə qarşı çempionluq döyüşünün nəticəsi ilə bağlı tənqidlərə cavab verib.
Mayın 23-də Usik Verhoeveni 11-ci raundda texniki nokautla məğlub edib. Bir çox azarkeş və mütəxəssis hakimin döyüşü səhvən dayandırdığını iddia edir.
Aut.az Usik “Boxing King Media”ya verdiyi müsahibədə deyib: “Mən bu barədə düşünmürəm. Çox adam döyüşün erkən dayandırıldığını deyir. Dinləyin, bu mənim işim deyil. Mənim işim rinqdə döyüşməkdir”.
39 yaşlı Aleksandr Usik peşəkar boksda 25 döyüşdə 25-ci qələbəsini qazanıb.
Aut.az
