Alkarasdan növbəti qələbə: Bu dəfə “bir nömrə”yə şans vermədi
İspaniyalı tennisçi Karlos Alkaras Pekində keçirilən ATP-500 kateqoriyalı ağır turnirin qalibi olub.
Aut.az xəbər verir ki, o, finalda dünya 3-ü ATP reytinqinə başçılıq edən italiyalı Jannik Sinnerə qalib gəlib. 3 saat 21 dəqiqə davam edən görüş 6:7 (6:8), 6:4, 7:6 (7:3) hesabı ilə başa çatıb.
Qeyd edək ki, Alkaras bu ilin mötəbər turnirlərdə çıxış etdiyi 5 final matçından 4-də qələbə qazanıb.
Aut.az
