Tennis

“Uimbldon”un qalibi özünün rusiyalı yox, qazaxıstanlı hesab edir

Dünya tennisinin 10 nömrəsi, 2022-ci ildə “Uimbldon” çempionu Yelena Rıbakina “özünü hansı ölkənin oyunçusu hesab edirsən” sualına cavab verib.

Aut.az xəbər verir ki, Yelena Rusiya idman vətəndaşlığını Qazaxıstana dəyişib.

– Qazaxıstanda Aleksandr Bublik adlı tennisçi var. Ondan soruşublar: “Sən daha çox rusiyalısan, yoxsa qazaxıstanlı?”

 O dedi: “Qəti şəkildə qazaxıstanlıyam”. Bəs siz özünüzü necə hesab edirsiniz?

– Razıyam, təbii ki, mən qazaxıstanlıyam. Karyeramın lap əvvəlində çox dəstək və kömək oldu, ona görə də düşünürəm ki, mən burada mütləq qazaxıstanlıyam və ümid edirəm ki, onlar da məni dəstəkləyəcəklər. Təbii ki, yarışlara getmək çətindir. Siz amerikalılara qarşı çox oynayırsınız və bütün stadionlar sizə qarşı ola bilər. Amma görəndə ki, orada Qazaxıstan bayraqları da var və hamı sizi alqışlayır, bu, inanılmaz dərəcədə xoşdur.

Ümid edirəm ki, gələcək nəsil bizim qələbələrimizə baxacaq və onlar da qalib olmaq istəyəcək – Rıbakina “Alga Kazakhstan” YouTube kanalına müsahibəsində bildirib.

Aut.az