Basketbol

Əfsanə tarix yazmağa davam edir

NBA-nın müntəzəm mövsümündə “Los-Anceles Leykers” “Boston Seltiks”ə 89:111 hesabı ilə məğlub olub.

Aut.az xəbər verir ki, “Leykers”in ulduz forvardı Lebron Ceyms bu görüşdə 20 xal toplayıb.

Beləliklə, Lebron NBA tarixində müntəzəm mövsümlərdə 43 000 xal (43 008) həddini keçən ilk basketbolçu olub.

Pley-off oyunları da daxil olmaqla onun ümumi xal sayı 51 297-yə çatıb.

Aut.az