Dünya futbolu

BOK-dan İnfantinonun Trapmın tədbirində iştirakını reaksiya: Qaydaları pozub?

Beynəlxalq Olimpiya Komitəsi (BOK) bəyan edib ki, FİFA prezidenti Canni İnfantinonun “Sülh Şurası”nın ilk iclasında ABŞ prezidenti Donald Trampla birlikdə iştirakı Olimpiya Xartiyasının siyasi neytrallıq qaydalarını pozmur.

Aut.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Təşkilatın nümayəndəsinin sözlərinə görə, BOK bu məsələ ilə bağlı FİFA ilə əlaqə saxlayıb.

“Biz başa düşürük ki, FİFA futbol vasitəsilə Qəzzada, Fələstində idmanın bərpası üçün hərtərəfli investisiya proqramını dəstəkləyir və idman infrastrukturu, təhsil və elitanın inkişafı üçün təkliflər verir.”

ABŞ Prezidentinin rəhbərliyi altında “Sülh Şurası”nın yaradılması haqqında saziş 22 yanvarda İsveçrənin Davos şəhərində imzalanıb. ABŞ Prezidentinin planına əsasən, “Sülh Şurası” Qəzzada sülhün təmin edilməsinə və onun yenidən qurulmasına diqqət yetirməli və daha sonra qlobal münaqişələrin həllində daha geniş rol oynamalıdır.

BOK əlavə edib ki, bu cür fəaliyyətlər beynəlxalq idman federasiyasının roluna tam uyğundur.

“Bu, beynəlxalq idman federasiyasının rolu ilə tamamilə uyğundur. BOK, inkişaf alətimiz olan Olimpiya Həmrəyliyi vasitəsilə regionda idmanın inkişafını dəstəkləyib və dəstəkləməyə davam edir.”

Xatırladaq ki, qalmaqal 19 fevralda keçirilən görüşdən sonra başlayıb. Görüşdə FİFA prezidenti Trampın prezidentlik müddətinə aid “USA” yazısı və “45-47” rəqəmləri olan qırmızı papaq geyinmiş siyasətçilər arasında dayanıb.

Aut.az