Dünya futbolu

“Ronaldinyonun dostları” “Dekunun dostları”na qarşı

Braziliya millisinin keçmiş oyunçusu Ronaldinyo xeyriyyə matçında iştirak edəcək.

Aut.az xəbər verir ki, Ronaldinyonun komandası vaxtilə “Barselona”da birgə oynadığı “Dekunun dostları” ilə qarşılaşacaq.

Oyun 31 may bazar günü Lissabonda keçiriləcək.

“Ronaldinyo Oyunu” Braziliyada 15 ildir keçirilən bayram xeyriyyə tədbiridir və məqsədi azarkeşləri öz kumirlərinə daha da yaxınlaşdırmaq və əvvəlcədən seçilmiş ailələr və sosial təşkilatlar üçün vəsait toplamaqdır. İndi növbə Portuqaliyanındır!

Bu tədbir icmanı ortaq bir məqsəd ətrafında birləşdirir: ehtiyacı olan ailələrə ərzaq yardımı edir. İlk matçdan bəri artıq 400 tondan çox ərzaq toplanıb və 90.000-dən çox ailəyə fayda verib”, – “Jogodoronaldinho.pt” veb saytında yayılan məlumatda deyilir.

Aut.az