Boltdan “Yunayted”ə tövsiyə: Bu 3 futbolçunu alın
Atletika üzrə səkkizqat olimpiya çempionu, “Mançester Yunayted” azarkeşi olan yamaykalı sprinter Useyn Bolt “qırmızı şeytanlar”ın heyətində görmək istədiyi üç futbolçunun adını açıqlayıb.
Aut.az xəbər verir ki, “Bleacher Report”a müsahibə verən Bolt “Atalanta”nın hücumçusu Ademola Lukmanı, “Çelsi”nin yarımmüdafiəçisi Koul Palmer və “Sportinq”in hücumçusu Viktor Qyokeresi xüsusi qeyd edib.
“Mançester Yunayted” hazırda tarixinin ən pis mövsümlərindən birini keçirir və 39 xalla Premyer Liqa cədvəlində 15-ci yerdədir. Eyni zamanda, yarımfinalın ilk oyununda səfərdə “Atletik Bilbao”nu məğlub edən (3:0) mankunianlılar artıq Avropa Liqasının finalının bir addımlığındadır.
Xatırladaq ki, Useyn Bolt ardıcıl üç Olimpiadada (Pekin 2008, London 2012 və Rio-de-Janeyro 2016) 100 və 200 m məsafəyə qaçışda qalib gəlməyi bacaran yeganə idmançıdır.
Aut.az
