Ferqyusonun bu VİDEOSU gündəm oldu: Görün finalda nələr yaşayıb
“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi Ser Aleks Ferqyuson Avropa Liqasının finalında iştirak edib.
Aut.az xəbər verir ki, Ferqyuson “Mançester Yunayted” – “Tottenhem” oyununu Bilbaodakı “San Mames” stadionunda VIP tribunasından izləyib.
Şotlandiyalı sabiq məşqçinin matç zamanı yaşadığı hisslərin görüntüsü gündəm olub. Onun simasında məyus və narazılıq əks olunub.
“Mançester Yunayted” finalda “Tottenhem”ə uduzub – 0:1.
Qeyd edək ki, 83 yaşlı Ferqyuson 1986-2013-cü illərdə MY-ni çalışdırıb və 38 kubok qazanıb.
Aut.az
