Mudriki hansı cəza gözləyir? – Vəkil açıqladı
Britaniyalı vəkil Saymon Lif “Çelsi”nin vingeri Mixail Mudrikin dopinqə görə rəsmi olaraq diskvalifikasiya olunacağı təqdirdə, hansı cəza ala biləcəyini açıqlayıb.
Aut.az xəbər verir ki, “İnews.co.uk” Lifdən sitat gətirib.
“Gözlənildiyi kimi, Mudrik ona qarşı irəli sürülən ittihamlar üzrə təqsirli bilinərsə, o zaman “Çelsi” nəinki əmək intizamını kobud şəkildə pozduğuna görə əmək müqaviləsini ləğv etmək hüququna malik olacaq, həm də Mudrikə qarşı kluba dəymiş ziyana görə məhkəməyə müraciət edəcək”, – vəkil deyib.
Bazar ertəsi, iyunun 18-də İngiltərə Futbol Assosiasiyası (FA) ukraynalı futbolçunu rəsmi olaraq dopinqlə ittiham edib. FA qaydalarına əsasən, 24 yaşlı vingerin ya ittihamları qəbul etmək, ya da Futbol Assosiasiyası tərəfindən araşdırma tələb etmək üçün 20 gün vaxtı var.
Aut.az
