“Yunayted”dən təsirli jest: Liverpula gəldilər ki… – FOTO
“Liverpul” Dioqo Jotanın 20 nömrəli formasını əbədiləşdirdi. Bu, klub tarixində ilk dəfə baş verdi. Mersisaydlılar “Preston”a qarşı mövsümöncəsi matçda mərhum oyunçunu yad etdilər.
Aut.az xəbər verir ki, faciə xəbərindən dərhal sonra “Enfild”də kortəbii xatirə abidəsi quruldu, “Liverpul” və “Everton” azarkeşləri, müxtəlif komandaların futbolçuları abidənin qarşısına gül dəstələri düzdülər.
“Yunayted”in də heyəti Mançesterdən Liverpula gəlib: Ruben Amorim, Bruno Fernandes və Dioqo Dalot Man “Yunayted” adından Jota və onun kiçik qardaşı Andreyə ehtiramlarını bildiriblər.
Aut.az







