Digər

Yay Olimpiya Oyunlarının təqvimi rəsmən açıqlandı

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Yay Olimpiya Oyunlarının tam təqvimini təqdim edib.

Aut.az xəbər verri ki, Bakı vaxtı ilə ilk yarış günü — iyulun 12-də çimərlik hokkeyi, reqbi-7, basketbol, su polosu, həndbol, kriket və futbol üzrə görüşlər baş tutacaq.

İlk medal dəstləri 3 gün sonra triatlon, yüngül atletika, kayak slalomu, qılıncoynatma, cüdo, reqbi-7 və güllə atıcılığı üzrə sahiblərinə təqdim olunacaq. Yarışların son günü — iyul 30-da isə yüngül atletika, basketbol, boks, üzgüçülük, trek velosipedi, voleybol və güləş üzrə çempionlar müəyyənləşəcək.

Los-Anceles Yay Olimpiya Oyunları rəsmi olaraq 14–30 iyul 2028-ci il tarixlərində keçiriləcək.

Aut.az