Digər

ABŞ-da çağırış: Trampla Mask rinqdə döyüşsünlər

Məşhur amerikalı bloger və boksçu Loqan Pol amerikalı milyarder İlon Maskla ABŞ prezidenti Donald Tramp arasında döyüşün təşkil edilməsinə çağırıb.

Aut.az xəbər verir ki, Pol WWE peşəkar güləş liqasının himayəsi altında Mask və Tramp arasında döyüşün saxta posterini yerləşdirib. “Gəlin bunu edək” – bloqqer posterin altında yazıb.

Bundan əvvəl İlon Mask və Donald Tramp arasında sosial şəbəkədə mübahisə və söz-söhbət yaranmışdı. Mask bildirib ki, onun dəstəyi olmasaydı, Tramp prezident seçkilərində məğlub olardı.

Aut.az