Dünya futbolu

Riberi Ronaldonun “dilindən tutdu” – Ələ saldı

Frank Riberi Kriştiano Ronaldonun “Qızıl top”la bağlı sözlərinə reaksiya verib.

Aut.az xəbər verir ki, Lamin Yamalın mükafatı qazanmaq şanslarından danışan “Əl-Nəsr”in hücumçusu deyib: ” Mükafat Çempionlar Liqasını qazanana verilməlidir . Mən fərdi mükafatlara həqiqətən inanmıram, qərarların pərdə arxasında necə verildiyini bilirəm”.

“Deməli, ” Qızıl top”u qazanmaq üçün  Çempionlar Liqasını qazanmaq lazımdır?”, – Riberi istehza ilə deyib.

Xatırladaq ki, 2013-cü ildə FİFA və “France Football”un təşkil etdiyi səsvermədə Riberi üçüncü yeri tutmuşdu. “Qızıl top” u Kriştiano Ronaldo qazanıb, Lionel Messi ikinci olub. Həmin il fransalı futbolçunun çıxış etdiyi  “Bavariya” Çempionlar Liqasının qalibi olmuşdu.

Aut.az