Futbol meydançasına ildırım düşdü, bir futbolçu öldü – VİDEO
21 yaşlı braziliyalı oyunçu Kayo Enrike de Lima Qonsalves futbol matçı zamanı ildırım vurması nəticəsində dünyasını dəyişib.
Aut.az xəbər verir ki, bu barədə “Globo Esporte” məlumat yayıb. Futbolçu , Santo Antonio da Platinada “Uniao Jairense” və “Unidos” həvəskar komandaları arasında keçirilən Regional Kubok oyununda meydana çıxıb.
Ondan başqa daha 6 futbolçu ağır yanıq xəsarətləri alıb və onlar xəstəxanaya yerləşdirilib.
Eyni zamanda fanatların lentə aldığı videoda ildırım çaxmasından sonrakı anlar da əks olunub. Santo Antonio da Platina meriyasının idman üzrə bələdiyyə direktoru Markos Novelli Ferreyranın sözlərinə görə, matç zamanı güclü yağış yağıb.
Aut.az
