Görün “Çelsi”nin ulduzunun atası oğurlananda Abramoviç nə edib
“Çelsi”nin keçmiş oyunçusu Con Obi Mikel klubun keçmiş sahibi Roman Abramoviç haqda danışıb.
Aut.az xəbər verir ki, yarımmüdafiəçi atasının oğurlanması xəbərinə Abaramoviçin necə reaksiya verdiyini ətraflı xatırlayıb. Hadisə onun karyerasının ən vacib oyunlarından birinə bir neçə saat qalmış baş verib: Nigeriya millisi DÇ-2018-də Lionel Messinin başçılıq etdiyi Argentina ilə qarşılaşmalı idi.
“Rusiyada keçirilən 2018-ci il dünya çempionatında milli komandada çıxış edərkən atamı oğurladılar. Argentina ilə oyuna az qalmışdıq. Oyundan iki saat əvvəl qardaşım mənə zəng etdi və atamın Nigeriyada ikinci dəfə qaçırıldığını dedi. O, ilk dəfə qaçırılanda adam oğruları ilə danışdım və onlar məndən külli miqdarda pul tələb etdilər. Sonda pulu ödədim ki, onu azadlığa buraxsınlar.
Yadımdadır, Roman Abramoviç soruşdu: “Adamlarımı göndərməyimi istəyirsən? Mən bilirəm ki, adam göndərsəm, atanızı çıxara bilərəm”. Soruşdum: “Bunu necə edəcəksən?” Dedi ki, narahat olma, icazə ver, istəsən, mən təşkil edərəm”.
Aut.az
