İngiltərə

“Liverpul” Virtsə görə “Bayer”ə yeni təklif göndərdi

“Liverpul” Almaniya yığmasının və “Bayer”in yarımmüdafiəçisi Florian Virts üçün yeni təklif irəli sürüb.

Aut.az xəbər verir ki, bu barədə “Times Sport” məlumat yayıb.

İngiltərə klubu 22 yaşlı almaniyalı futbolçuya görə 134 milyon avro təklif edib. Hazırda klublar arasında danışıqlar davam edir.

Mənbənin yazdığına əsasən, “Liverpul” bu məbləğin 118 milyonunu dərhal ödəməyə, qalan 16 milyonunu isə bonuslar şəklində verməyə hazırdır.

Virts 2024/25 mövsümündə bütün turnirlərdə 45 oyuna çıxıb, 16 qol vurub və 15 məhsuldar ötürmə edib.

Aut.az