İngiltərə

Haalanddan daha bir rekord

İngiltərə Premyer Liqasının I tur matçında “Mançester Siti” səfərdə “Volverhempton”u 4:0 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, qonaqların heyətində norveçli hücumçu Erlinq Haaland dubla imza atıb. O, 86-cı və 87-ci qollarını vuraraq klubun Pep Qvardiola dövründə ən məhsuldar oyunçusu olub. O, 98 oyunda 87 dəfə fərqlənib.

Haaland “şəhərlilər”in sabiq üzvü, Pepin rəhbərliyi ilə 85 dəfə fərqlənən Rahim Sterlinqi qabaqlayıb. Bu göstəricidə üçüncü yerdə Serxio Aquero (82 qol) qərarlaşıb.

Aut.az