İtaliya

Balotelli oynamaq istədiyi liqanın adını açıqladı

Yaydan bəri klubsuz olan 34 yaşlı hücumçu Mario Balotelli gələcək karyerası ilə bağlı açıqlama verib. 

Aut.az xəbər verir ki, o, İtaliya A Seriyasına qayıtmaq istədiyini bildirib:

“Başqa ölkələrdən bir neçə təklifim var idi. Lakin mən imtina etdim, çünki A Seriyasına qayıtmaq ümidim hələ də var. Heç bir yaxşı olmayacağım komanda yoxdur, amma hansının mənə uyğun olacağını düşünməliyəm.

Mənə qarşı olan qərəzləri anlamıram. Məşqçilərdən biri ilə mübahisə etməli oldum, amma hamı dalaşır. Soyunub-geyinmə otağına heç vaxt mənfi təsir göstərməmişəm. Bu gün dopinq və mərc oyunları haqqında eşitmək olar. Mən həmişə onlardan uzaq olmuşam.

Nə səhv etdim? Tutduğum yol məni çox dəyişdi. Özümü daha yaxşı anlamağa başladım və bu mənim üstünlüyümdür. Bunu əvvəllər etmədiyimə görə təəssüflənirəm”.

Qedy edək ki, Balotelli A seriyasında “İnter”, “Milan” və digər klublarla çıxış edib.

Aut.az