İngiltərə

Klopp Salahla bağlı xəbərə reaksiya verdi: Yanıma gəlmədi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp Məhəmməd Salahın Səudiyyə Ərəbistanı çempionatına mümkün transferi ilə bağlı şayiələrə münasibət bildirib.

“Heç vaxt yanıma gəlmədi və ayrılmaq istədiyini söyləmədi. Bu haqda bir saniyə belə düşünmədim.

Təklif haqqında heç nə bilmirəm, amma fərqi yoxdur, Mo bizimlədir”, – məşhur insayder Fabritsio Romano Kloppdan “X” sosial şəbəkəsindəki səhifəsində (keçmiş Twitter) sitat gətirib.

Avqustun sonunda “Liverpul”un “Əl-İttihad”dan gələnə 100 milyon funt sterlinqdən çox olan təklifi rədd etdiyi barədə şayiələr yayılmışdı.

“Liverpul” və Misir yığmasının cinah oyunçusu Məhəmməd Salah “Qızıl top”un səsverməsində 11-ci olub. Ötən mövsüm futbolçu bütün yarışlarda 51 oyun keçirib, 30 qol vurub və 16 məhsuldar ötürmə verib.

Aut.az