İspaniyaİngiltərə

“Real” ulduz futbolçunun transferini həll etdi

“Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold “Real”ın futbolçusu olacaq.

Aut.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

26 yaşlı futbolçu mövsümün sonunda azad agent statusu ilə Madrid klubuna keçməyə razılaşıb. Trent ilə 4 illik müqavilə imzalanacaq. Bundan sonra keçidin reallaşması üçün yalnız rəsmi təqdimatı gözləmək qalır.

O, “Liverpul”un akademiyasının yetirməsidir. O, 2016-cı ildən əsas komandada çıxış edir. “Transfermarkt” Aleksander-Arnoldun bazar dəyərini 75 milyon avro olaraq qiymətləndirir.

Müdafiəçinin “Liverpul”la hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir. Bu mövsüm Trent bütün yarışlarda 39 oyun keçirib, 7 məhsuldar ötürmə edib və 3 qol vurub.

Aut.az