MY “Barselona”nın ulduzunu hədəfə aldı: 95 milyonluq plan
“Barselona”nın vingeri Rafinya Dias “Mançester Yunayted”in maraq dairəsinə düşüb.
Aut.az xəbər verir ki, İngiltərə nəhəngi braziliyalı futbolçunun yay transfer pəncərəsində heyətə cəlb olunması imkanını nəzərdən keçirir. “El Nacional”ın məlumatına görə, “qırmızı şeytanlar” 29 yaşlı ulduz üçün təxminən 95 milyon avro təklif etməyə hazırdır.
Rafinyanın “Barselona” ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 80 milyon avro olaraq qiymətləndirir.
Cari mövsümdə Rafinya Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın heyətində bütün turnirlərdə 21 oyuna çıxıb, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.
Aut.az
